Bu qış Bakıda sərt keçə bilər - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola biləcəyi ilə bağlı ehtimalları artırıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə qış şaxtalı və qarlı olacaq. Mütəxəssis bildirir ki, müşahidə olunan hava dəyişikliyi əvvəllər də nadir hallarda qeydə alınıb və bunun ardınca qış aylarında şaxtalı günlər yaşanıb.
Mütəxəssisin sözlərinə görə, qışın bir qədər sərt keçməsi mövcud problemləri daha da artıracaq. Uzunmüddətli hava proqnozlarının çox da dəqiq olmadığını deyən ekoloq yenə də ehtiyatlı davranmağı zəruri hesab edir.
Mütəxəssis onu da əlavə edib ki, qışın şaxtalı-qarlı keçməsi, müəyyən ziyanvericilərin yaşıllıqları məhv etməsinə də mane olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - Kənd və qəsəbələrdə...
Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində 2026-cı il ərzində avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, Abşeron Ray...