Bu qəsəbələrdə yaşayan keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakı şəhəri və Qəbələ rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbələrində bəzi binaların dam örtükləri təmir olunacaq.
BAKU.WS-in məlumatına görə, təmir işlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamenti həyata keçirəcək.
Məlumata görə, layihə çərçivəsində köhnəlmiş və yararsız vəziyyətdə olan dam örtükləri söküləcək, onların yerinə yeni konstruksiyalar quraşdırılacaq. İşlər zamanı yararsız dam pəncərələri, metal çerepitsa örtüklər, taxta şəbəkələr və damın daşıyıcı konstruksiyalarının bir hissəsi söküləcək. Həmçinin köhnə su axıdıcı novlar və yağış sularını ötürən metal borular da dəyişdiriləcək.
Layihənin ehtimal olunan dəyəri 1 milyon 400 min manat təşkil edir.
Qeyd edək ki, layihənin əsas məqsədi məcburi köçkün qəsəbələrində yaşayan sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq və köhnəlmiş binaların dam örtüklərini yeniləməkdir.
Oxşar xəbərlər
Bakı-Qəbələ qatarı ilə bağlı YENİLİK!
Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq. Bu barədə BAKU.WS-ə"Azərbaycan Dəmir Yolları" QSC-...