Bu ölkədə koronavirusa görə komendant saatının tətbiqinə başlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Latviyada COVID-19 səbəbindən sərt karantin rejimi tətbiq edilib.
BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Daniel Pavluts deyib. Onun sözlərinə görə, Latviya hökuməti ölkədə komendant saatı tətbiq edilməsi barədə qərar verib.
Qərara əsasən, oktyabrın 21-dən noyabrın 15-nə qədər Latviyada insanların sıx toplaşdığı bütün ictimai yerlər bağlanıb.
Bundan başqa, ərzaq mağazaları, əsas mal və xidmətlər göstərən təşkilatlardan başqa bütün yerlər fəaliyyətini dayandırır.
Komendant saatının tətbiqinə görə Latviyada vətəndaşlar saat 20:00-dan səhər saat 5-ə qədər küçəyə çıxa bilməzlər.
Təhsilə gəlincə, Latviyada məktəblər 1 və 3-cü siniflər istisna olmaqlar digər siniflərdə əyani dərslər dayandırılır.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...