Bu ölkədə bir gündə 7 min insan COVID-19-dan sağaldı - CƏDVƏL

ABŞ-da son 24 saat ərzində 2 mindən çox insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 30 minə yaxın insanda isə COVID-19 infeksiyası aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Yoluxma hallarına görə dünyada ilk sırada elə ABŞ qərarlaşıb. Bu ölkədə 792 min 913 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 42 min 517 nəfərdir.
Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 200 min 210 yoluxma və 20 min 852 ölüm.
Sağalanların sayına görə ilk pillədə Almaniya qərarlaşıb. 147 min 65 yoluxan şəxsdən 95 min 200 nəfəri sağalıb.

Oxşar xəbərlər
Bu ölkədə bir gündə 26 min insan COVID-19-a yoluxdu - CƏDVƏL
ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 min 889 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. BAKU.WS...
