COVID-19-a ən çox yoluxan və sağalan ölkələr - CƏDVƏL

17
apr
2020
09:27
Hazırda 210 ölkədə yayılan COVID-19 infeksiyasına ümumilikdə 2 milyon 183 min 475 nəfər yoluxub.
BAKU.WS xəbər verir ki, onlardan 146 min 847 nəfər dünyasını dəyişib, 547 min 815 nəfər isə sağalmağı bacarıb.
Yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Bu ölkədə 678 min 144 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 34 min 641 nəfərdir.
Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur – 184 min 948 yoluxma və 19 min 315 ölüm. Sağalanların sayına görə ilk pillədə Almaniya qərarlaşıb - 137 min 698 yoluxan şəxsdən 81 min 800 nəfər.

Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...
