Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı

Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı
Foto
Sosial 27

Tovuz rayonunun Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Asif İdris oğlu Xalıqverdiyevə məxsus kafedə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin müəssisədə etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Son xəbərlər