Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki məlumat verilməyib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Qeyd edilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:
“Hələ ki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.
Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə ziyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.
Oxşar xəbərlər
QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə QMİ-dən məl...