Bu hallarda sizi işdən çıxara bilməzlər - RƏSMİ AÇIQLAMA

Bu hallarda sizi işdən çıxara bilməzlər  - RƏSMİ AÇIQLAMA
Sosial 8465

"Pandemiya dövründə aparılan tədbirlər nəticəsində bizə müraciət edən vətəndaşlardan 700-dən çoxunun işinə əsassız xitam verilməsi məlum olub və onlar öz işlərinə bərpa ediliblər".

BAKU.WS xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı bildirib.

Onun sözlərinə görə, nəzarət tədbirləri nəticəsində əgər bu hallar aşkarlanarsa, işə götürənlər əsassız xitam verərsə, onlarla bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilir:

"İndiyə qədər 200-ə yaxın işə götürənlə bağlı məktub özlərinə ünvanlanıb ki, onlar xitam verdikləri müqavilə ilə bağlı məlumat və sənədləri Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərsinlər. Çünki sistemdə nəzarət vaxtı verilən xitamların əsassız olması ilə bağlı şübhələr yaranıb və işəgötürənlərin göndərdikləri sənədlər sayəsində məsələnin real mahiyyəti üzə çıxacaq.

Əsaslı xitam Əmək Məcəlləsinin 68-ci maddəsində əks olunub. İşçi özü ərizə yazıb işdən çıxırsa, bu, əsaslı xitamdır. İşçinin əmək müqaviləsinin vaxtı - 3 ay, 6 ay, 9 ay, 1 il tamam olubsa, vaxtı bitibsə və müqaviləyə xitam verilibsə, əsaslı xitamdır.

Lakin birdən-birə kütləvi ixtisar olubsa, işçinin özünün xəbəri olmadan xitam verilibsə, bu, əsassız xitam sayılır. İşçi bizə müraciət edir ki, onun xəbəri olmadan müqaviləsinə sistemdə xitam verilib. Biz müqavilədə baxırıq ki, onun öz ərizəsi ilə xitam verilməsi qeyd olunub. İşçi isə heç bir müraciət etmədiyini və ərizə yazmadığını bildirir. Sadəcə ona deyilir ki, işə gəlmə və işlə əlaqələri bitib. Bu artıq işçinin özünün xəbəri olmadan müqaviləsinə xitam verilməsi və qanunsuz haldır".

Qeyd edək ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları aşağıdakılardır:

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

  1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
  2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
  • a) tərəflərdən birinin təşəbbüsü;
  • b) əmək müqaviləsinin müddətinin qurtarması;
  • c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  • d) tərəflərin iradəsindən asılı olmayan hallar;
  • e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Son xəbərlər