"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
05
noy
2025
22:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tərəflərin valideynləri polis orqanına dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Qızın əmisi isə yayılan məlumatı təkzib edib:
"Biz dünən uşağın ad gününü qeyd etmişik. Burada nişan mərasimi olmayıb. Yayılan məlumat yalandır. Əgər nişan olsaydı, bunu etiraf edərdik".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...