ABŞ-də neft ehtiyatları və hasilat artıb
ABŞ-də neft hasilatı 31 oktyabrda başa çatan həftədə gündə 7 000 barel artaraq 13,651 milyon barelə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.
Son dörd həftə ərzində ABŞ-də neft hasilatı orta hesabla gündə 13,64 milyon barel təşkil edib.
Məlumatlara görə, ABŞ-də iyul ayında neft hasilatı gündə 13,64 milyon barel olub. Avqust ayında bu rəqəm gündə 13,68 milyon barel, sentyabr ayında isə 13,71 milyon barelə çatıb. Ötən ilin bütün aylarında istehsal orta hesabla gündə 13,23 milyon barel təşkil edib.
Bundan əlavə, ABŞ-də kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) həftə ərzində 5,2 milyon barel və ya 1,3 % artaraq 421,2 milyon barelə çatıb.
Oxşar xəbərlər
TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 10-da 367 milyon 021 min 291kVt/saat h...