Azərbaycanda beyin ölümü halında orqan götürülməsi necə həyata keçirilir?

Azərbaycanda beyin ölümü halında orqan götürülməsi necə həyata keçirilir?
Sosial 82

Azərbaycanda beyin ölümü halında orqan götürülməsi yalnız həkim konsiliumu qərarı ilə həyata keçirilir.

BAKU.WS-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, transplantasiya əməliyyatları "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanuna əsasən həyata keçirilir.

Belə ki, beyin ölümü diaqnozu yalnız ixtisaslı və təcrübəli həkimlərdən ibarət konsilium tərəfindən təsdiqlənə bilər. Bu qayda donorluq prosesində şəffaflığın və ictimai etimadın qorunmasına xidmət edir.

Qanuna əsasən, beyin ölümü təsdiqləndikdən sonra yalnız rəsmi prosedurlara əməl edildikdə və razılıq sənədləri qüvvədə olduqda orqanların götürülməsi və istifadəsinə icazə verilir.

Şahanə Xankişiyeva

Son xəbərlər