Bu gündən fəaliyyəti bərpa olunan Beynəlxalq Avtovağzaldan GÖRÜNTÜLƏR

Bu gündən fəaliyyəti bərpa olunan Beynəlxalq Avtovağzaldan GÖRÜNTÜLƏR
Foto
Sosial 176

Bu gün - may ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlarımıza yola düşüb.

Bunu BAKU.WS-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus bu gündən etibarən xidmətə cəlb olunub.

Səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmağınız tövsiyə edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər