Bu gün şəhid baş leytenant Muxtar Qasımlının doğum günüdür

Bu gün şəhid baş leytenant Muxtar Qasımlının doğum günüdür
Sosial 269

Bu gün Vətən müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının doğum günüdür.

BAKU.WS xəbər verir ki, şəhidimiz 1993-cü ildə fevralın 23-də Bakıda anadan olub.

O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib.

2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.

Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.

M.Qasımlı 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.O, 3-cü dərəcəli "Vətənə xidmətə görə", “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər