Bu gün şəhid Yuri Kovalyovun doğum günüdür

Bu gün şəhid Yuri Kovalyovun doğum günüdür
Sosial 168

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun doğum günüdür.

Yuri Petroviç Kovalyov 1965-ci ilin bu günü, yəni mayın 29-da Göyçay rayonunda anadan olub. O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, ən çətin tapşırıqları yerinə yetiriblər.

O, 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Yuri Kovalyov Tamara xanım ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli idi. Regina və Yuliya adlı 2 qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra "Azərbaycan Milli Qəhrəman" adına layiq görülüb.

Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Oxşar xəbərlər

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur. BAKU.WS Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yoll...

18 Sosial 08:25 11 dekabr 2025

Son xəbərlər