Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR - Dəmir yolu xətləri çəkilə bilər

"Yeni stansiyaların açılması ilə bağlı sakinlər tərəfindən təkliflər olunur. Xüsusilə də Ceyranbatan istiqamətində…".
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, Xırdalan-Sumqayıt-Bakı istiqamətindəki elektrik qatarlarının Ceyranbatanda da stansiyasının olması təklif olunur.
Ekspert onu da bildirib ki, başqa bir neçə istiqamət var ki, burada yeni stansiyaların tikilməsinə ehtiyac var. Bununla bağlı Azərbaycan Dəmir Yolları müayinələr aparır.
"Müxtəlif araşdırmalar həyata keçirilir. Bir çox istiqamətlərdə metro xətlərinin çəkilməsi mümkün olmayacaqsa, həmin yerlərdə də dəmir yolu xətlərinin çəkilməsinə ehtiyac yaranacaq. Bu hal Xırdalan qəsəbəsi ilə bağlı müzakirələrdə özünü göstərir. Çünki Xırdalana ya metro çəkilməlidir, ya da dəmir yolu. Hazırda ikisindən biri müzakirə olunur. Dövlət hansını dəstəkləsə o da olacaq" - deyə ekspert vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Hökumə Əliyevanın doğum günü ilə əlaqədar Bakı aeroportunda bir dəqiqəlik sükut elan olunub
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub. Bu...
