Bu ərazidə yaşayan keçmiş məcburi köçkünlərin evləri TƏMİR OLUNACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, eləcə də Biləsuvar və Bərdə rayonlarında salınmış keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillər təmir olunacaq.
BAKU.WS-in məlumatına görə, təmir işlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti həyata keçirəcək.
Layihənin reallaşması üçün ehtimal olunan məbləğ 451 min manat təşkil edəcək.
Satınalmanın məqsədi həmin ərazilərdə yerləşən yaşayış evlərinin mövcud texniki problemlərinin aradan qaldırılması və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.
Qeyd edək ki, layihə məcburi köçkün ailələrinin yaşadığı evlərin təmir olunaraq daha təhlükəsiz və rahat vəziyyətə gətirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Görmə itkisinə aparan xəstəliklər hansılardır?
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır? Katarakt...