Bu ərazidə qazlar kəsiləcək
30
apr
2026
15:10
Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
Oxşar xəbərlər
Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb
Azərbaycanın görkəmli xanəndəsi, Xalq artisti Arif Babayevin xatirəsi əbədiləşdirilib. BAKU.WS xəbər verir ki, mərhum sənətkarın I Fəxri xiyabandakı məzarı üzə...