Bu bürc altında doğulan şəxslərin ömrü daha uzun olur

Bu bürc altında doğulan şəxslərin ömrü daha uzun olur
Sosial 493

Araşdırmalar göstərir ki, insanın doğulduğu ay və bürc onun sağlamlıq göstəricilərinə və həyat müddətinə təsir edə bilər.

BAKU.WS xəbər verir ki, alimlərin apardığı tədqiqatlara əsasən, Buğa bürcü altında doğulan şəxslər daha uzun ömür sürə bilərlər.

Mütəxəssislər hesab edirlər ki, aprel və may aylarında dünyaya gələn insanlar daha möhkəm immunitetə və dayanıqlı psixologiyaya malik olurlar. Buğa bürcünün nümayəndələri sakit xarakterləri və stresə qarşı müqavimətləri ilə seçilir ki, bu da onların sağlam və uzun ömür sürməsinə şərait yaradır.

Bundan başqa, Oğlaq və Qız bürcündə doğulan şəxslər də uzunömürlüləri ilə seçilirlər. Oğlaqlar intizamlı həyat tərzinə və sağlam vərdişlərə üstünlük verdikləri üçün, Qız bürcünün insanları isə sağlamlıqlarına qarşı həssas yanaşdıqları üçün daha çox yaşayırlar.

Lakin ekspertlər bildirirlər ki, uzun ömür sürmək təkcə bürclə bağlı deyil. Düzgün qidalanma, aktiv həyat tərzi və psixoloji rahatlıq da insan ömrünün uzunluğuna təsir edən əsas amillərdən biridir.

Son xəbərlər