Bu avtomobillərin istismarı məhdudlaşdırılır
22
may
2019
17:33
Ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.“Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır. Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar.Bu, həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə, sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə, daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”, - o əlavə edib.
Oxşar xəbərlər
Bakıda avtomobillərin tüstüsü ətrafı bürüyüb - VİDEO
Avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının çox olması ciddi problemlərdən biridir.BAKU.WS "Report"a istinadən xəbər verir ki, oxuculardan biri Bak...