"Təmiz hava” aylığı davam edir – FOTO

Təmiz hava” aylığı davam edir – FOTO
Foto
Sosial 699
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava” aylığı davam edir.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə bildirib.
Şöbə rəisi qeyd edib ki, stasionar postlarda, eyni zamanda rayon Dövlət Yol Polisi şöbə və bölmələrində maarifləndirici tədbirlər davam etdirilir.Tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.BDYPİ-nin stasionar postlarında saxlanılan sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlanılmalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olunmalıdır.
Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkar olunur, sürücüləri inzibati məsuliyyətə cəlb edilir.Qeyd edək ki, "Təmiz hava” aylığı ölkəmizin bütün bölgələrində də davam edir.Tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Oxşar xəbərlər

Son xəbərlər