BŞİH başçısı: Qırılan ağacların yerində yeniləri əkiləcək
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cəmiyyətin geniş müzakirə mövzusuna çevrilmiş külək nəticəsində ağacların aşması məsələsinə münasibət bildirib.
BAKU.WS APA-ya istinadən xəbər verir, Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib ki, Bakı yarımsəhra və çöl iqlim zonasında yerləşir və burada çox güclü küləklər müşahidə olunur. Bu şərait ağaclar üçün heç də münbit deyil.
"Ağaclar da hər bir canlı orqanizm kimi müəyyən bir həyat dövrünə malikdir və mövcud iqlim şəraitini, eləcə də baş verən təbii fəlakətləri nəzərə alsaq, ağacların aşması çox vaxt qaçılmaz olur. Lakin mən əminəm ki, təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək və yaşıl ərazilərimizin sahələri dəfələrlə artacaq. Çünki bu, Ulu Öndər Heydər Əliyevin baxışlarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzunmüddətli ekoloji siyasətdir" – o, deyə bildirib.
Oxşar xəbərlər
İftar vaxtı - 1 mart 2026: Ramazanın 11-ci günü
Ramazan ayının on birinci günündə - 1 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın on birinci günü üçün...