Bir qrup beynəlxalq səyyah Şuşaya gəlib
26
okt
2024
11:51
33 beynəlxalq səyyahdan ibarət qrup Şuşaya gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, Şuşa qalasına və Cıdır düzünə səfər edəcəklər.
Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya. Niderland və digər ölkələrdən olan bir qrup turist Qarabağ və Şərqi Zəngəzura gəlib.
Səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri, eləcə də bərpa işlərinin gedişi ilə tanış olacaqlar.
Qalereya
Oxşar xəbərlər
Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqınların tibbi müayinələri təşkil edilib
TƏBİB-in və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Xızı rayonunda Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqınların tibbi müayinəsi baş tutub. BAKU.WS...