Bir neçə qəsəbədə qaz olmamasının səbəbi açıqlandı

Bir neçə qəsəbədə qaz olmamasının səbəbi açıqlandı
Sosial 216

Ötən gündən etibarən Bakının bir sıra ərazilərində təbii qazın verilməsiylə bağlı məhdudiyyət yaşanır. Söhbət Masazır, Maştağa, Ramana, Mərdəkan ərazilərindən gedir.

BAKU.WS xəbər verir ki, “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov qafqazinfo-ya açıqlamasında sözügedən ərazilərdə qaz probleminin olduğunu təsdiqləyib.

O bildirib ki, bəzi yerlərdə qazın qəbuluyla bağlı sistemdə nasazlıqlar ortaya çıxıb:

“Azəriqaz” olaraq bunu bərpa etmək məcburiyyətində qalmışıq. Masazır ərazisində problem olmuşdu. Orada problem həll olunur, yavaş-yavaş kəmərə qaz vurulur. Yerdə qalan ərazilərə də mərhələli şəkildə təzyiq tənzimləməsiylə qaz vurulacaq.

Bu gün ərzində proses yekunlaşacaq. Saat 17:00 radələrindən qaz açılıb. Amma mənbədən kəmərlərə qaz dolması 1 saata yaxın vaxt aparır. Bu proses tamamlandıqdan sonra qaz bütün evlərə gedib çatacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər