Beyləqanda sümük qalıqları aşkarlandı: Araşdırma aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonun ərazisində naməlum sümük qalıqları aşkar edilib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, qalıqlar su kanallarından birinin yaxınlığında aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Beyləqan rayonu ərazisində naməlum sümük qalıqlarının aşkar edilməsi ilə əlaqədar DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub:
“Dərhal rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları həmin əraziyə gediblər. Sümüklər aidiyyəti üzrə götürülüb və ekspertizaya təqdim olunub. Məsələ ilə bağlı araşdırma aparılır”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...