BDU-dan zəhərlənən tələbə qızlarla bağlı AÇIQLAMA
22
noy
2019
12:04
Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.
BDU-nun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar.
Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq.
Oxşar xəbərlər
BDU-nun zəhərlənən tələbə qızları haqda - SON MƏLUMAT
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, 199...