Bazar gününün havası açıqlanıb - PROQNOZ

Bazar gününün havası açıqlanıb - PROQNOZ
Sosial 451

Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin yağmursuz, rayonlarda isə arabir yağıntılı keçəcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 4-9° isti olacaq.

Oxşar xəbərlər

Sabah 24 dərəcə isti olacaq - Proqnoz

Sabah 24 dərəcə isti olacaq - Proqnoz

Azərbaycan ərazisində oktyabrın 19-a gözlənilən hava proqnozu açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildi...

17 Sosial 12:40 18 oktyabr 2025

Son xəbərlər