Bayramda yoluxma sayı arta bilər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir, lakin qarşıdan Novruz bayramı gəlir. Bayramda isə insanlar daha çox bir yerə toplaşmağa, qonaq gedib-gəlməyə üstünlük verirlər. Bu səbəbdən qarşıdakı günlərdə yoluxma sayında az da olsa artım ola bilər.
BAKU.WS xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
"Lakin artım çox olmayacaq. Belə ki, vətəndaşlarımızın çoxu "buster" doza ilə (3-cü doza) vaksinasiya olunublar. Yoluxmanın kütləvi olmayacağını deməyə əsas verən səbəblərdən biri də vətəndaşlarımızın böyük əksəriyyətinin virusa yoluxub sağalmasıdır. Bununla da kütləvi immunitet formalaşıb.
Bütün bunlara baxmayaraq, virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməlidirlər", - M.Əliyev əlavə edib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.
Oxşar xəbərlər
İnfeksionist: "Bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq…”
"İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Bu səbəbdən buster doza ilə peyvəndlənənlərin sayında azalma müşahidə edilir". BAKU.WS xəbər verir ki, bunu "repor...