Bayram ərəfəsində bölgə hotellərində QİYMƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
İyun ayı, isti hava, bölgələrin gözəl vaxtı və qurban bayramı üçün verilən 4 günlük bayram tətili...
bayram günlərini fürsət bilənlər rayonlara üz tutacaq. Bu da otellərdə sıxlığa səbəb olur və qiymətlərə təsir edir. Artıq əksər otellərdə yerlər rezerv olunub.
Quba-Qusar-Xaçmazda 5 ulduzlu otellər həftə içi 100-150 manat, həftə sonu 250 manatdırsa, bayram günləri bu rəqəm 20-30% daha baha təklif olunur. Hazırda Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən otellərə də təlabat artıb.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq Qurban bayramında vətəndaşlar daha çox Qarabağa üz tuturlar.
Ekspertlər bildirir ki, bayramdan sonra hotel qiymətlərində ucuzlaşma müşahidə ediləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...