BAKU.WS-in qaldırdığı məsələ həllini tapdı: Qanunvericilikdə dəyişiklik edildi

BAKU.WS-in qaldırdığı məsələ həllini tapdı: Qanunvericilikdə dəyişiklik edildi
Sosial 4428
Azərbaycanda sürücülərin diqqəti yayındıra biləcək söhbətdə iştirak etdiyinə görə cəzalandırılmasını nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılıb.BAKU.WS-in məlumatına görə, müddəa Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.Belə ki, inzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə), 345-ci maddəsinə (2-ci bənd - banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası təyin olunma) dəyişiklik müzakirəyə çıxarılıb.İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılıb.Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.BAKU.WS

Son xəbərlər