Bakının əsas girişində aparılan təmir işləri 10 günə yekunlaşacaq

Bakının əsas girişində aparılan təmir işləri 10 günə yekunlaşacaq
Sosial 663
Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ONA-ya açıqlamasında deyib ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda müəyyən deformasiyalar yaranmışdı, kiçik həcmli çatlar vardı.A. Nəcəfli deyib ki, əslində keçən həftədən yolun həmin hissəsində hazırlıq işləri aparılıb: “İki gün əvvəl isə yolda hərəkət tam məhdudlaşdırılıb. Hazırda yolun əsasında bərkitmə işləri görülür, yarasız qrunt qazılaraq çıxarılır, yeni yararlı qrunt tökülür, kipləşdirmə işləri aparılır: “Daha sonra isə asfaltlanma işləri aparılacaq. Təqribən 10 gün ərzində bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Ümumilikdə, yolun 300 metrdən artıq hissəsində bu işlər görülür. Eyni zamanda bu qədər hissədə də səth, yağış sularının axıdılması üçün beton küveyt inşa olunacaq”.BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin NƏZƏRİNƏ - Bu yol təmir olunur

Sürücülərin NƏZƏRİNƏ - Bu yol təmir olunur

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət...

839 Sosial 20:03 06 mart 2019

Son xəbərlər