Bakının bu ünvanlarında yol bağlanacaq

Bakının bu ünvanlarında yol bağlanacaq
Sosial 800

Bakıda bir sıra küçələrdə yollar bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 14:00-dan başlayaraq Nərimanov rayonunun Mayakovski, Çaykovski və Hidayətzadə küçələrində (10 saylı ünvanda, Mayakovski küçəsinin hərəkət hissəsinin eninə keçməklə, Mayakovski və Çaykovski küçələrinin hərəkət hissəsi boyu İ.Hidayətzadə küçəsinə qədər) gedən istilik xəttinin mərhələlərlə dəyişdirilməsi üçün asfalt örtüyü söküləcək. İşin icrasının hər mərhələdə icazə verilmiş 5 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, təmir işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtobuslar üçün xüsusi xətlər çəkilir (FOTO)

Bakıda avtobuslar üçün xüsusi xətlər çəkilir (FOTO)

Bakının bəzi küçələrində avtobuslar və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi zolaqlar çəkilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzind...

956 Sosial 13:30 06 noyabr 2015

Son xəbərlər