Bakının və Abşeronun bəzi yerlərində su kəsiləcək
06
dek
2024
15:11
Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının Yasamal rayonunun bir hissəsinə, eləcə də Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
"Təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...