Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə xəbər istinadən verir.
Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə iyunun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Xaşa-Xuna bağlarının, Sabunçu rayonu üzrə isə N.İsmayılov, Sülh, Ərəblinski, R.Axundov, N.İsmayılov küçələrinin təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...