Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Bakının bir qəsəbəsində qaz olmayacaq
Bu gün Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İs...
