Bakının bir hissəsində İŞIQ OLMAYACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Vasif Əliyev, Zahid Xəlilov, Zaur Kərimov küçələri, həmçinin Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...