Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
Torpaqların qiyməti qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. Buna görə də qiymətlər yüksəlir. Hazırda artım Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27%-dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425 002 manat təşkil edir. Yasamalda bu rəqəm 209 258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.
Əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.
O qeyd edib ki, Xətai rayonunda inşa olunan "Ağ Şəhər" layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş
Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən Xəzər Universitetində (Neftçilər korpusu) bir sıra əmək müqavilələrinin elektron sistemə keçirilm...