“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır
01
iyl
2023
09:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, artıq tətbiq üzərindən səfərlər planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkün olacaq.
Tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsi və parol kifayətdir.
Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.
Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.
Oxşar xəbərlər
Bakıda avtobuslarda YENİLİK - İyulun 1-dən tətbiq ediləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdi...