Bakıdakı yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur
Yeni inşa olunan Balaxanı-Böyükşor yolundakı nişanlama xətləri sürücülər arasında çaşqınlıq yaradıb.
Yolda çəkilmiş nişanlama xətləri dəyişdirildiyindən sürücülər arasında fikir ayrılığı yaranıb. Bəzi sürücülər yeni nişanların tələblərinə əməl etsələr də, bəziləri buna məhəl qoymurlar. Cərimədən xəbərsiz olan sürücülər arasında nişanın tələblərini pozanlar da var. Odur ki belə sürücülər cərimə edilirlər.
Yeni çəkilən nişanlama xətlərindən narazı olan sürücülər az deyil.
Qeyd edək ki, yol hərəkəti qaydalarına görə üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək, sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə edən sürücülərə 100 manat 3 bal cərimə tətbiq edilir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Mədənin düşməni olan qidalar açıqlanıb
Dietoloq və qastroenteroloqların son araşdırmalarına görə, bəzi qidalar mədə sağlamlığı üçün ciddi risk daşıyır və həzm sistemini poza bilər. BAKU.WS xəbər ver...