Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində son illərdə müşahidə olunan əhali artımı və nəqliyyat sıxlığı paytaxtın gündəlik həyatında ciddi çətinliklər yaradır. Regionlardan paytaxta olan kütləvi köç prosesi yalnız şəhərin deyil, ümumilikdə ölkənin sosial-iqtisadi tarazlığını pozur.
Baku TV paytaxt sakinlərinə "Bakıdakı sıxlığın qarşısını necə alardınız?" sualını ünvanlayıb. Respondentlər vəziyyətin yüngülləşdirilməsi üçün konkret təkliflərlə çıxış ediblər.
"Rayonlarda iş yerləri olsaydı, xalqımız üçün daha rahat olardı. İşsizliyə görə camaat Bakıya gəlir", - deyə sakinlərdən biri bildirib.
"Ali məktəblər şəhərdən kənara köçürülsə, daha yaxşı olar. Həmçinin bölgələrdə gənclərin işdən əlavə məşğuliyyəti üçün əyləncə mərkəzləri, idman zalları yaradılmalıdır", - digər bir sakin qeyd edib.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...