Bakıda yaşayanları SEVİNDİRƏCƏK XƏBƏR - Bundan sonra...
![Bakıda yaşayanları SEVİNDİRƏCƏK XƏBƏR - Bundan sonra...](https://baku.ws/storage/photos/uploads/thumbs/large/O05RZq4Bdwn3jMKWmNvrwi5yU0hN51q7vxhrUe1x.webp)
Bakının Baş Planına əsasən, paytaxtın ekoloji və şəhərsalma baxımından modernləşdirilməsini hədəfləyən "Hibrid Yaşıl Koridor" layihəsinə başlanılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu layihənin məqsədi Gənclik meydanı, "Dədə Qorqud" parkı və Milli Park arasında ekoloji tarazlığı qorumaqla yanaşı, şəhər mühitini daha müasir və rahat yaşanacaq məkana çevirməkdir.
Layihə "Port Baku Tower"dən "Ritz Carlton" hotelinə qədər olan ərazini əhatə edəcək. Burada piyada keçidləri, iki səviyyəli yeraltı və yerüstü dayanacaqlar, velosiped yolları, istirahət və əyləncə məkanları, kafelər, piknik sahələri, uşaq meydançaları, tennis kortları, skeyt zonası, amfiteatr və digər sosial infrastrukturun yaradılması nəzərdə tutulur.
Bu təşəbbüs həm də Bakının ekoloji durumuna müsbət təsir edəcək, şəhərin estetik görünüşünə yeni çalarlar qatacaq. Hazırda layihənin icra olunacağı bəzi ərazilər baxımsız və istifadəsiz vəziyyətdədir. Lakin layihənin həyata keçirilməsi ilə bu sahələr modern şəhər standartlarına uyğun olaraq abadlaşdırılacaq, ekoloji və sosial baxımdan əhəmiyyətli məkana çevriləcək.
Orxan Hüseyn
Oxşar xəbərlər
Nazirlik bəzi müəsisələrin lisenziyasını ləğv etdi
Maddi-texniki baza ilə təmin olunmayan yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub. BAKU.WS xəbər verir ki, bu barəd...
![](/images/banners/placeholder_home_right_az.jpg)