Bakıda xaos yaradan nişanlar: Sürücülər narazıdırlar
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsindəki problem barədə məlumat verilib. Qeyd edilib ki, Səməd Vurğun küçəsindən sola dönəndə sürücülər "Piyada keçidi" nişanı ilə üz-üzə qalırlar: nişan var, lakin sağdakı sürücüyə yox, digər tərəfə baxır:
"Bu da Səməd Vurğun küçəsindəki piyadaları çaşdırır. Onlar zənn edirlər ki, bura keçiddir. Halbuki həmin yerdə piyada keçidi yoxdur. Nişanın yeri çaşdırıcıdır".
Bundan başqa, avtomobillərin dönərkən soldakı nişanın "ölü nöqtə"yə düşməsi yerdə üfüqi nişanlanmanın olmasına ehtiyac yaradır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq
Bu ay Bakının Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, həmçinin Xətai rayonunun mərkəzə yaxın ərazilərində daşınmaz əmlakın qiymətində artım gözlənili...