Bakıda tıxacın qarşısını almaq üçün yeni LAYİHƏ - FOTO

15
may
2019
20:47
Bakının "Neftçilər” prospektində nəqliyyat yükünü azaltmaq üçün yeni layihə təklif olunur. BAKU.WS-in məlumatına görə, bu barədə Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açılama verib. Onun sözlərinə görə, “Neftçilər” prospektində tıxacın qarşısını almaq üçün yeni layihə ən uğurlu seçim olar. "İlkin olaraq Bibiheybətdən Zığa qədər dəniz üzərindən körpünün tikintisi nəzərdə tutulurdu. Amma məncə, bu, vəziyyəti dəyişdirməyəcək. Məşhur qrafik dizayner Rəsul Həsən başqa layihə təklif edib. Azneft dairəsi yaxınlığından Yusuif Səfərov küçəsinədək körpünün tikilməsi təklif edilir. Bu körpü, faktiki olaraq Neftçilər prospektinin başlanğıcı ilə sonunu birləşdirəcək. Bu da “Neftçilər” prospektində nəqliyyat sıxlığını aradan qaldıracaq, - deyə ekspert əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Bakının ən bahalı mənzilləri bu prospektdədir - "Tоrqovi" liderliyini əldən verdi - VİDEO
Son illər Bakıda keçirilən nüfuzlu tədbirlər və turist axını əmlak bazarında tendensiyanı dəyişib. Əvvəllər paytaxtın ən bahalı ərazisi "Tarqovu" kimi tanınan N...
