"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

18
avq
2017
22:24
"Apple" texnologiya şirkəti avtomobil qəzalarının sayını azaldacaq yeni layihə üzərində işləyir. Hazırda şirkət tıxacdakı sürücüsüz avtomobillərin bir-biri ilə əlaqə qurmasına yardım edəcək "Bluetooth" funksiyasından ibarət sensor layihə hazırlayıb.Artıq patentləşdirilmiş ağıllı sistem sensor sistem vasitəsilə hərəkət edən nəqliyyat vasitələrini tanıyacaq, digər avtomobillərin sensor və GPS sistemləri ilə əlaqəyə girə biləcək. Yeni layihə yaxın məsafədə ola biləcək təhlükəli şəraitlə bağlı xəbərdarlıqlarla qəzaların qarşısını alacaq. (report)BAKU.WS
Oxşar xəbərlər
Ağsu aşırımında yol genişləndiriləcək - VİDEO
Xüsusən qış aylarında sürücülər Ağsu aşırımında avtomobil idarə etməkdə böyük əziyyət çəkirdilər. Çünki bu yolda bir çox hallarda sürüşmələr olurdu və yol defor...
