Bakıda sürücülər ən çox bu qaydaları pozur

Bakı şəhərində nəqliyyat axını günbəgün artmaqda davam edir. Yolların yüklənməsi və sürücülərin qaydalara tam əməl etməməsi bəzi ciddi problemlərə yol açır.
BAKU.WS xəbər verir ki, şəhər sakinlərinin və sürücülərin qarşılaşdığı əsas çətinliklərdən biri yol hərəkəti qaydalarının pozulmasıdır.
Bakı yollarında ən çox pozulan qayda pozuntusu hansıdır? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirib ki, paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində pereventiv tədbirlər həyata keçirilir:
"Buna baxmayaraq bəzi yol hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydaları kobud şəkildə pozur ki, bu da öz növbəsində yollarda sıxlığın yaranmasına, yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Aparılan müşahidələr göstərir ki, paytaxtda sürücülər tərəfindən əsasən manevretmə, dayanma və durma, yolayırıcını keçmə, sükan arxasında mobil telefondan istifadə qaydaları tez-tez pozulur.
Bütün bunları nəzərə alaraq hərəkət iştirakçılarından xahişimiz, eyni zamanda tələbimiz bundan ibarətdir ki, qaydalara əməl etsinlər. Ani diqqətsizlik ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər",
Orxan Hüseyn
Oxşar xəbərlər
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" yalnız o...
