Bakıda restoranın icarədarı və müştəriləri saxlanıldı

Bakıda restoranın icarədarı və müştəriləri saxlanıldı
Sosial 529

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.

BAKU.WS DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər