Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Sosial 284

Bakı şəhərinin küçələrində fəaliyyət göstərən bir neçə ayrı-ayrı parklanma məntəqəsi birləşdirilərək vahid məntəqə formasında təşkil edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir. Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur.

Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.

Oxşar xəbərlər

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir

Abşeron rayonunun Xırdalan şəhərində yaşlı kişi bir aya yaxındır ki, avtobus dayanacağında gecələyir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, adını və soy...

26 Sosial 23:23 23 fevral 2026

Son xəbərlər