Bakıda koronavirusun yayılmasına səbəb olacaq görüntü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının qarsısının alınması məqsədilə avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə verilib.
BAKU.WS Real-a istinadla xəbər verir ki, bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur.
Bu, karantin qaydalarını pozmaqla yanaşı, həm də koronavirus infeksiyasının inkişafına dəstək verməkdir.
Hazırda paytaxtda avtobuslarda problem azalmaq yerinə getdikcə çoxalır. Necə deyərlər, iynə atsan, insan əlindən yerə düşməz.
Karantin rejiminin qaydalarına məhəl qoymayanlar da vətəndaşlardır, mövcud vəziyyətdən narazı qalıb şikayətlənənlər də...
Vəziyyət hər ötən gün daha da pisləşir.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayı...