Bakıda koronavirus xəstəsi iş başında saxlanıldı - VİDEO

Bakıda koronavirus xəstəsi iş başında saxlanıldı - VİDEO
Video
Sosial 468

Bakıda əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər