Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu keçirilir
Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu təşkil olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsiaka Abdulqadir İmam, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir iştirak edir.
Açılış sessiyasında iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Bu ərazi üzrə yaşayanlara pensiya ilə bağlı ŞAD XƏBƏR
Naxçıvan Muxtar Respublikasında (MR) dekabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, muxtar respublikanın Əmək və Ə...