Bakıda ekspres avtobuslar niyə pulsuz olmayacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş görüşdə deyib.
Onun sözlərinə görə, bu variant məqsədəuyğun hesab edilmir.
"Çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq. Tövsiyəmiz ondan ibarətdir ki, vətəndaşlar bu bir neçə ay ərzində üstünlüyü marşrut avtobuslarına versinlər", - deyə R.Hümmətov bildirib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...